Bahtiyar Vahabzade: DUA
İBADET
Bahtiyar Vahabzade
Artıg dönüb dövran, dəyişib zaman
Gəlmək istəyirəm Hakk’a səcdəyə,
İmdad istəməkçün indi Tanrı’dan
Hər gecə əllərim uzanır göyə:
-İlahi, gəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim səcdənə,
Gəbul et sən mənim dualarımı.
İbadət! Allahla pünhani söhbət,
İbadət – öz arzum, öz niyyətimdir.
Amma bacarmadım, yaş ötüb.. fəgət
Mənim dualarım ibadətimdir.
Allaha duama, namaz yerinə
Başga cür ibadət, başga yol – dedim.
Gol, boyun! Bağlıdır biri-birinə
Boynun öz yüküdür sınmış gol – dedim.
“Çohdur günahları ömür yolunun”
Neylərəm bu sözü mənə el desə?
Mən nəyə gərəyəm sınmış golumun
Yükünü, cövrünü boynum çəkməsə?
Yaman üstələdi günah tövbəni,
Ruh da nəfsimizdə yoh olmuş bizim.
İlahi, o gədər unutdug səni,
Bəsirət gözümüz tutulmuş bizim.
Durdu üzümüzə günahlarımız,
Bəndəlik etmədi tanrıya bəndə.
Səni yahşı gündə unutdug, yalnız
Düşdün yadımıza dara düşəndə.
Dünyanın gəribe oyunları var,
Dünən aldananlar aldadır bu gün.
Dünən səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.
Ya Rəbbim, sən özün kömək ol bizə,
İşıg saç garanlıg ürəyimizə.
Biz bu var dünyada yaşarkən yohug,
Sən yoh ikən varsan, biz varkən yohug.
Bizə bir kəramət bəhş elə yohdan,
Tanıyag yolunu, gılag səcdəni.
Ey gözə görünməz, ey yeri pünhan,
Könül gözümüzle biz görək səni.
Bizim gəlbimizə nur ver, ilahi,
Bizi hagg yoluna döndər, ilahi.
Sənin köməyinə möhtacıg bu gün,
Eşit feryadımı, eşit naləmi.
Bizim derdimize ortag et bu gün
Bizim derdimize lal-kar alemi.
Özün görürsen ki, bu gen dünyada
Haggımız tapdanır her addım başı.
Teklendik, el açag indi biz yada?
Ahı, göz yaşımız eridir daşı.
Dözdük bu on ili, dözerik yene,
Başga bir hikmetdir tentiden meni:
Meettel galmışam senin sebrine,
Sözüm küfdürse, efv et sen meni.
Galdı yad elinde namus, arımız,
Millet unudulmuş, halg unudulmuş.
Bir lohma çörekçün övladlarımız
Özge gapılarda didergin olmuş.
Dəyanət, ləyagət galmadı bizdə,
Hər gün gəlmələrlə dolur məmləkət.
Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.
Fəhlə maaşını alammır nədən?
On gat artıg alır yad oğulları.
Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy dalları.
Bu millet verilən guru vədəyə,
Yaddan gələn paya şükran edilmiş.
İçilən bol suya, bomboş mədəyə
Udduğu havaya şükran edilmiş.
Doğma məmləkətdə, doğma diyarda
Bu halgı həyansız goyma, Allahım,
Cırıg çadırlarda, şahtada, garda
Donan körpələrə gıyma, Allahım.
Hamı yalanlardan cəzanə gəlmiş,
Riyalar, boyalar basıb ölkəni.
Bir garın çörəyə möhtac edilmiş
Bu halgın üstünə çək öz kölgəni.
Elə hey sabaha bahdıg bu gündən
İşartı görünmür, garşı dumandır.
En adi, ən kiçik haggımızla sən
Bizi imtahana çəkmə, amandır.
Gəl bu imtahandan sən gurtar bizi,
Ya Rəbbim, ağıl ver, kamal ver bizə.
Çohdan unutmuşug düşmənimizi,
Düşmən kəsilmişik bir-birimizə.
Yol bir olmalıdır, əgidə birsə,
Neçə tərigətə bölünmüşük biz.
Ailədə tirəlik – didişmədirsə,
Millətdə tirəlik – felaketimiz!
Vətən bir, millət bir, yollar cürbəcür,
Agidə – ağ yalan, məgsəd – kürsüdür.
Köhnə bayatıya, köhnə səs-küyə
Təzə ad verdilər, ünvan verdilər.
Gözə kül üfürüb uca kürsüyə
Agidə paltarı geyindirdilər.
Tarih səhnəsindən gorhuram silə
Biri-birimizə bu nifrət bizi.
Afv et suçumuzu, bizə rəhm elə,
Bu dərin uçrumdan hilas et bizi.
Nə hiylə tanıdı, nə tələ millət,
Sənin anan ölsün, a belə millət.
Bizi endirdilər göylərdən yerə,
Gaytar tarihimin gızıl çağını,
İlahi, hökmünlə galdır göylərə
İslam bayrağını, Türk bayrağını.
1-3 Ocak 1999