Prof. Dr. Cemal KURNAZ: “KARABAĞ’DA ŞÖLEN VAR”
“QARABAĞDA ŞÖLƏN VAR”
Alimin “Qədim türk ədəbiyyatı”, “Təsəvvüfdə merac”, “Divan ədəbiyyatı yazıları”, “Türkiyə-Orta Asiya ədəbi əlaqədəri” əsərlərində ortaya qoyduğu ədəbiyyatşünas mövqeyi də, “Millətin şairi Mehmet Akif”, “Serdengeçti şairləri”, “Dəli rüzgar”, “Türkülərin gücü”, “Türk olmaq”, “Türkün məktəbi – türkü məktəbi” əsərlərindəki milli ruhlu ziyalı mövqeyi də böyük oxucu auditoriyası tərəfindən yüksək rəğbətlə qarşılanmaqdadır.
“Qarabağda şölən var” şeirini Camal bəy Qarabağımızın, Şuşamızın azadlığı sevinciylə qələmə alıb:
“Qarabağda şölən var”
Azərbaycan! İgidlərin sağ olsun!
Qarabağım, qara bəxtin ağ olsun!
Qarabağda şölən var, dünya duysun,
Bundan sonra dağ üstündə bağ olsun!
Xarıbülbül ürəklərdə açılsın,
Dörd yanımız bağça olsun, bağ olsun!
Qızlarımın hər biri bir şahzadə,
İgidimin hər biri bir bəy olsun!
Azərbaycan! Düşmənlərin yox olsun!
Sevənlərin-sayanların çox olsun!
Bayrağımız yerə-göyə sığmasın,
Yer üzündə yepyeni bir çağ olsun!
Türk elləri zəncir təkin birləşsin,
Əbədiyyən qopmayacaq bağ olsun!
Prof. Dr. Cemal KURNAZ
Təqdim etdi: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru